“AZƏRBAYCAN SƏHİYYƏSİNİ TƏHQİR ETMƏYİN” – VERİLİŞDƏ HƏKİMLƏRİ REKLAM EDƏN XOŞQƏDƏMİ BİABIR ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru


Ötən gün canlı yayımda aparıcı Xoşqədəm Hidayətqızının tanınmış şairə Nazilə Səfərli ilə bağlı verdiyi açıqlamalar böyük söz-söhbətə səbəb olub.

AYDİNLİQ.AZ xəbər verir ki, adının verilişdə dəfələrlə təkararlanması şairə Naziləni özündən çıxarıb. O, aparıcının verilişdə skalioz xəstəliyini tez bir zamanda sağalması ilə bağlı səsləndirdiyi iddialara da toxunub: “Siz nə qədər gülünc və rəzilsiniz. Heç olmasa Azərbaycan səhiyyəsini təhqir etməyin. Skalioz xəstəliyi məndə də, oğlumda da var. Biz onu 14 ilə müalicə edə bilmirik. Siz onu 4 günə müalicə edirsiniz? Nə oyun çıxarırsınız? 10 min manat xərcləsən də bu xəstəlik sağalmır”.

Bununla bağlı Big.az-a açıqlama verən həkim vertebroneurologist Vaqif Yaqubov bildirib ki, skaliozun xəstəliyin 4 gün ərzində sağalması mümkün deyil: “Amma hərəkətin patalogiyasıdırsa bunu qismən də olsa 4-5 günə düzəltmək olar. Yox əgər bu skaliozdursa, fəqərələr yerindən fırlanıbsa, bunu 4-5 günə düzəltmək olmaz. Skalioz xəstəliyi tam müalicə oluna bilər. 3-cü dərəcəli skaliozun ümumiyyətlə müalicəsi yoxdur. İkinci dərəcəlini tam olmasa da, qismən müalicə etmək mümkündür. Birinci dərəcəli skaliozların müalicəsi isə mümkünsüzdür. Birinci dərəcədən də aşağı skaliozlar var. Onları çox qısa müddətə sağaltmaq olar. Qeyd etdiyim kimi, birinci dərəcədən çox olanları qısa müddətdə düzəltmək olmayacaq”.

Related Articles

050-295-94-79
top