DEPUTAT İCRA HAKİMİYYƏTİNƏ SƏSLƏNDİ: “ADAM XARİCİ VƏTƏNDAŞLARIN YANINNDA UTANIR”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.
Bunu Milli Məclisin bu gün keçirlən növbədənkənar iclasında parlamentin  Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
 Deputat həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib.
“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu, onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.
Modern.az

Related Articles

050-295-94-79
top