AZƏRBAYCANLI KRİMİNAL AVTORİTET: ”HƏMİN ADAMIN HEÇ QEYRƏTİ YOXDU”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Hazırda İsveçdə yaşayan kriminal avtoritet Elnur Şuşalının həbs edilməsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. Kriminal avtoritet Criminal.az saytına açıqlamasında bildirib ki, onu İsveş polisi bir müddət əvvəl silahla tutub: ”Evimdən iki tapança – ”Makarov” və ”Naqan” çıxıb. Hazırda işim istintaqdadır. Yəqin ki 6 ay ərzində istintaq tamamlanacaq, məhkəmə qərarını verəcək. Hazırda həbsdə olmasam da, başqa yerə gedə bilmərəm. Məhkəmə görək nə qərar verəcək. Ya sağ-salamat azadlığa çıxacam, cəza versələr də cəzamı çəkəcəm”.
Elnur Şuşalı həbs edilməsi xəbərinin özü tərəfindən yalandan uydurulması ilə bağlı şaiyələrdən də danışıb: ”Kimsə özünün yalandan tutulması xəbərini yayırsa, mən həmin adama şərəfsiz deyirəm. Həmin adamın heç qeyrəti yoxdu. Tutulmaq fəxr işdi ki, yalandan deyəm məni tutublar? Bu fəxr deyil. Özü də başqa bir şeylə tutuılmamışam ki? Kişi silahla tutular də… Silahla tutulmuşam. Gedib kiminsə sumkasını dartıb tutulmamışıq ki? Narkotiklə kiminsə balasını zəhərləməmişəm ki.. Allahın köməkliyi ilə hər şey bitərcək”.
”Lotu Quli ilə də aramın dəyməyini yaymışdılar. Lotu Quli ilə niyə aram dəyməlidir ki? Yalan söhbətlərdir hamısı. O, oğru dünyasında nüfuzlu adamdır. Allah Rövşən Lənkəranskiyə rəhmət eləsin, Lotu Quliyə də can sağlığı versin. Heç bir səhv etməmişəm ki, Lotu Quli ilə aramız dəysin. Bəzi insanlar özləri təxribat aparırlar. Bu yoldan çəkilsəm də sabah millətimin arxasında olacam. Bu söhbətlərim hamısı şaiyələrdi. Bilinir bunu kim yayır” – deyə Elnur Şuşalı şaiyələrə aydınlıq gətirdi.
KRİMİNAL.AZ

Related Articles

050-295-94-79
top