YEL QAYADAN NƏ APARAR VƏ YA ƏKRƏM HƏSƏNOV NƏ İSTƏYİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu günlərdə portalımızda “Azərbaycanlı hüquq professoru beynəlxalq konfransda çıxış edib” başlıqlı xəbər  dərc etmişdik. Həmin xəbərdə BDU-nun hüquq fakültəsinin “mülki hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevanın Rusiyanın Anapa şəhərində Mediasiya problemlərinə həsr olunmuş beynəlxalq konfransda iştirakı və çıxışı barədə məlumat vermiş, video paylaşmışdıq. Həmin xəbər dərc olunduqdan sonra hüquq ictimaiyyətinin görkəmli nümayəndələri tərəfindən xeyli təşəkkür mesajları aldıq. Zəng edən tanınmış hüquqşünaslar təvazökar insan olan Məhəbbət xanımın belə bir konfransda iştirakı, Azərbaycan hüquq elmini uğurla təmsil etməsi barədə xəbəri əldə edib ictimailəşdirdiyimizə görə minnətdarlıq bildirdilər və bu gün də belə təşəkkürlər almaqdayıq.

Çünki M. Dəmirçiyevanın yetirmələri bu gün təkcə Azərbaycanın deyil, qonşu ölkələrin hüquq sistemində çalışır, qanunvericilik  orqanlarında, yüksək vəzifələrdə təmsil olunurlar. M. Dəmirçiyeva elmdə qazandığı bütün adları öz araşdırmaları, savadı və gərgin zəhməti sayəsində əldə edib. Lakin təəssüf ki, cəmiyyətimizdə uğurlara sevinənlərlə yanaşı başqasının müvəffəqiyyətinə paxıllıq edən, buna görə də onu gözdən salmağa cəhd edən insanlar da var. Məsələn qeyd etdiyimiz xəbər dərc olunandan sonra Əkrəm Həsənov adlı hüquqşünas xəbərin içindəki videodan M. Dəmirçiyevanın çıxışı olan hissəni kəsib götürərək sosial şəbəkədə paylaşıb və professor M. Dəmirçiyevanı rus dilində yaxşı danışa bilməməkdə qınayıb.

Əkrəm Həsənov yəqin elə zənn edir ki, biz hələ də rus dilində təmiz danışmağa borcluyuq. Halbuki Azərbaycan müstəqil dövlətdir və öz dövlət dili-Azərbaycan dili var. Əsas da budur ki, M. Dəmirçiyeva rus dilində Ə.Həsənov kimi təmiz danışa bilməsə də Azərbaycan dilində ond

an təmiz və rahat danışır. M. Dəmirçiyeva indiyədək minlərlə tələbəyə dərs deyib, neçə-neçə kitab yazıb. Bəs onu rus dilində yaxşı danışa bilməməkdə qınayan Ə. Həsənov hüquq elminə hansı faydanı verib? Sosial şəbəkədə status yazmaq, devalvasiya prosesi başlayan kimi dollarla kredit götürmüş şəxslərdən mənfəəət götürmək üçün Antokollektor adlı MMC təsis edən Ə. Həsənov indiyədək neçə dollar krediti müqaviləsini ləğv etdirə bilib? Bəlkə də çoxları üçün bu məlumat maraqlı olar. Biz çox vaxt həkimlərin qəbulunun 40-50 manat olmasına etiraz edirik, amma həkim heç olmasa bir resept yazır verir. Amma Ə.Həsənova qədər 5 manat verib  hüquqşünas məsləhəti alan hansısa vətəndaş MMC-nin direktoru ilə görüşmək üçün kassaya 100 manat ödəniş etməlidir. Hər gün onlarla vətəndaşın üz tutduğu Ə.Həsənov 5 manatları, 100 manatları alır, halal xoşu olsun, neçəsinə kömək edə bilib o insanların? Adam qəbula gəlir, ona məsləhət verirsən, işıq işlətmirsən, su işlətmirsən, ancaq danışırsan, məsləhət verirsən, verdiyin məsləhət də məlum deyil işə yarayacaq, ya yox, bunun qiyməti niyə 100 manat olur ki? İnsanlar bankın qarşısında boynu bükük dayandıqları azmış kimi bir də gəlib Ə.Həsənovun kabineti qarşısında pəjmürdə  gözləyirlər. Əksəriyyəti də rusca yaxşı danışan hüquqşünasın sosial şəbəkədəki statuslarından belə başa düşürlər ki, bu hüquqşünas dollar kreditlərinin və dollarla kredit verən bankların qənimidir, bu insanın qarşısında heç bir bank danışa bilmir. Halbuki elə deyil. Vətəndaşların əksəriyyəti hüquqi cəhətdən savadsız olduqları üçün bilmirlər ki, Konstitusiya Məhkəməsinin qərarı ilə dollarla bağlı kreditlər üzrə ödənişlər dolların həmin ödəniş gününə olan  məzənnəsilə ödənilməlidir. Bu qərar olan yerdə min nəfər hüquqşünas da yığılsa heç nə edə bilməz. Ə. Həsənov  və işçiləri bunları kassaya ödəniş edilməmiş insanlara izah etsələr bank borcu olan vətəndaşlar heç olmasa 5 manat çörək puluna qənaət edə bilərlər, amma demirlər. Və beləcə proses davam edir. Beləliklə, devalvasiya, dolların kursunun qalxması bizim hörmətli rus dilində gözəl danışan hüquqşünas Ə. Həsənovun işinə çox yarayır. Həm populyar olur, həm də bu populyarlıq ona qazanc gətirir.

Başqalarını sərt tənqid edən Ə. Həsənov öz səhvlərindən danışmaqda nədənsə həvəsli görünmür. Məsələn, hələ ötən il Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Tək bu deyil. Düzdür Ə. Həsənov təkzib etsə də, bu məlumatın düzgün olmadığını iddia etsə də , ötən ayın sonunda, mayın 30-da ölkə mətbuatında, fins.az saytında dərc olunan xəbərdə deyilirdi ki, “Bağlanan “Bank Standard”ın 82 iddiaçısının Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi məhkəmədə sübuta yetirilməyib. Fıns.az-ın əldə etdiyi məlumata görə, məhkəmə iddiaçıların müraciətini mümkünsüz sayıb. Səbəb isə prosesual tələbin pozulması göstərilib. Şikayətçilər arasında olan  Əkrəm Həsənovun hərəkətlərində isə cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul olunub. Belə ki,  iddia tələbləri vəkil Əkrəm Həsənov tərəfindən tərtib ollunmuş iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməməsi səbəbindən, yəni pretenziya tələbinə əməl etmədən birbaşa məhkəməyə müraciət etdiyi üçüb 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı ilə mümkün sayılmayıb.

Bundan əlavə, vəkil Əkrəm Həsənovun əməllərində cinayət əlamətlərinin olması iddiası ilə cavabdehlərin nümayəndəsi tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən təmin edilib. Belə ki, vəkil Ə.Həsənov barəsində əməlində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərar qəbul edilib və iş prokurorluğa göndərilib (MPM 265.4).”  Necə deyərlər od olmayan yerdən tüstü çıxmaz.

O rus dilində yaxşı bilməyən və bunu konfransdakı çıxışına başlayanda özü etiraf edən hüquq professoru M. Dəmirçiyeva, bu da devalvasiya proseslərindən sonra dollar kreditləri sayəsində populyarlaşan hüquqşünas Ə. Həsənov. Özünüz nəticə çıxarın…

Related Articles

050-295-94-79
top