AZƏRBAYCANLI HÜQUQ PROFESSORU BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 12
    Shares

YENİLİK.AZ  xəbər verir ki, Mayın 7-8-də Rusiyanın Anapa şəhərində Rusiya Vəkillər Kollegiyasının Krasnodarsk şöbəsinin təşkilatçılığı ilə “Mediasiya:Bu günki təcrübə, gələcək prespektivlər” adlı beynəlxalq konfrans keçirilib. Bütün dünyada 250-dən çox  hüquq  alimlərinin iştirak etdiyi konfransda müsəlman ölkələrindən, Cənubi Qafqazdan yalnız BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva təmsil edib.

Konfransda çıxış edən professor M. Dəmirçiyeva həmin gün keçirilən Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə diqqət çəkərək bildirib ki, “Xalqlarımızın xoşbəxt yaşaması üçün Rusiya və Azərbaycanın dostluğunun möhkəm olması çox önəmlidir. Həmçinin maraqlı cəhət budur ki, Rusiya prezidentinin andiçmə mərasimi belə bir mötəbər konfransla eyni gündə keçirilir və mən bu konfransda çıxış edirəm. Həmçinin çox təqdirəlayiq haldır ki, təxminən 2 həftə qabaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də andiçmə mərasimi keçirilmişdir. Bu gözəl təsadüf olsa da çox müsbət haldır və bizi sevindirir.”

Tədbirdən maraqlı görüntüləri təqdim edirik:

Related Articles

050-295-94-79
top