SƏLİM MÜSLÜMOV ƏLİLLƏRƏ AİD MƏNZİLLƏRİ SATIR – 800 MANAT(ÖZƏL)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binasında mənzillərin satışa çıxarıldığı ilə bağlı etibarlı mənbələrdən redaksiyamıza məlumat daxil olub.TİA.AZ xəbər verir ki, informasiyaya görə, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə qeyri-rəsmi olaraq ona məxsus olan, oğlunun adını daşıyan “Amal 2015” tikinti şirkəti əlillər üçün nəzərdə tutulan binanın tikinti işlərinin tenderini udub. Heç şübhəsiz tenderin qalibi olaraq bu şirkətin seçilməsi də təsadüfi olmayıb və şirkətin faktiki olaraq sabiq nazirə məxsus olması burada həlledici amil olub. Əldə etdiyimiz məlumata görə, əlillər üçün nəzərdə tutulmuş binada satışı qadağan edilən mənzillər tikinti şirkəti tərəfindən satışa çıxarılıb.Ərazidə olan bir neçə “makler” vasitəsilə mənzillərin satışı həyata keçirilir. Hər kv.m üçün mənzilin qiyməti 800 AZN civarında müəyyən olunub. Qeyd edək ki, bu qiymət həmin ərazi üçün yüksək sayılır. Görünür əllilərin mənzillərinə “göz dikən” S.Müslümov daha çox qazanmaq “eşqinə düşüb”. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

Related Articles

050-295-94-79
top