“MƏCİD “MAŞIN”DAN MURAD DADAŞOVUN İSTƏYİ İLƏ ÇIXDI” – MÜĞƏNNİDƏN SƏRT İTTİHAM

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Müğənni Sevinc Musayeva “Maşın” şou barədə ittihamlar səsləndirib.

O, sosial şəbəkədə aparıcı Aytən Səfərovanın aktyor Məcid Hüseynovu deyil, Mətanəti oyundan çıxaracağını yazıb.

Müğənni iddia edib ki, oyunun gedişatını M.Dadaşov dəyişib: “Əslində, Aytən həqiqətən Mətanət xanımı çıxaracaqdı. Buna 100% əmin olun. Səsvermə açıqlananda Mətanət xanımında mimikalarına fikir verin, Aytən xanımın da. Səsverməyə qədər Mətanət xanım əsəbi idi çünki bilirdi ki, çıxacaq. Reklamlar və səsvermə açıqlananda isə gülürdü. Çünki son reklamda bildi ki, qalacaq. Aytən xanım isə qürurunu boğaraq sadəcə Murad Dadaşovun qərarı ilə Məcidi uzaqlaşdırdı. Orda iştirakçıların qərarı yox, Murad Dadaşovun qərarı daha önəmlidir. Bunu bilin. Deməli Məcid məhz Murad Dadaşovun seçimi ilə Aytən xanımın əliylə kənarlaşdı. Əslində o qədər səs toplaması Mətanət xanımı sevməyənlərin və onun bu oyundan getməsini istəyənlərin real fikridir. Ona görə də Aytən xanımı son addımına görə qınamayın. Əgər Mətanət xanım getsəydi, Murad Dadaşovun şousu sönük keçəcəkdi. Kimi çıxartsın? Lal-dinməz oturan Məcidi, əlbəttə ki.  Mən əvvəldən demişəm ki, ekranda gördüyünüz hər şey, ayın tarixindən başqa yalandı! Ümümi olaraq avtomobil Aytən xanıma qismət olsun”.

Qeyd edə ki, dünən səsverməyə çıxan Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevanı oyundan uzaqlaşdıracağını desə də, qalib gəldikdən sonra aktyor Məcid Hüseynovu “Maşın”dan kənarlaşdırıb.

///Musavat.com

Related Articles

050-295-94-79
top