Məktəblilər günəmüzd işləyir, başçının direktor olan qardaşı qızına haqq verirmiş…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Göyçay 5 saylı tam orta məktəbində müəllimlərin ciddi narazılığı yaranıb. Müəllimlər məktəbi kafi qiymətlərlə bitirmiş Telli Cəbrayılovanın faktiki olaraq direktor təyin olunmasından narazıdır. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı qızı olan Telli Cəbrayılova rüşvət və korrupsiyaya görə bağlanılmış Təfəkkür universitetin tələbəsi olub. Onun diplomunun saxta olması haqda da iddialar var.
Adlarının açıqlanmasını istəməyən müəllimlər Criminal.az saytına bildirdiləer ki, Telli Cəbrayılovanın əmisi icra başçısı təyin olunandan sonra o, direktor müavini təyin edilib. Az sonra məktəbin direktoru Zöhrab müəllim xəstəliyi ilə əlaqədar işdən uzaqlaşıb. Onun səlahiyyətləri də avtomatik olaraq müavini təyin edilmiş Telli Cəbrayılovaya keçib.
Müəllimlər iddia edirlər ki, bundan sonra əmisinə arxayın olan bu Telli Cəbrayılova məktəbdə rüşvət cədvəli formalaşdırıb. Dərs bölgüsü onun rəhbərliyi altında həyata keçirilir. Kim yaxşı “hörmət” edərsə, daha çox dərs saatı alır. Hətta bir neçə müəllim var ki, tələbə hazırlığına görə məktəbdə otaq da kirayələyib. Bir qrup müəllim də evində şagird hazırladığına görə dərsə gəlmir və hər ay Telli Cəbrayılovaya “hörmət”ini edir. Bir çox şagirdlər də dərsə gəlmədiyinə görə müəllim yanında hazırlaşırlar. Ailəsini dolandırmaq üçün günə muzd işləyən şagirdlər hər ay 20-50 manat arası pulu Telli Cəbrayılovaya verirlər.
Bütün bunlar azmış kimi Telli Cəbrayılova hər müəllimdən hər ay 1 manat yığır. Deyir ki, yığılan pulları Ucar regional təhsil şöbəsinin müdirinə verir ki, müəllimlərin məvaciblərini vaxtında versinlər.
Xatırladaq ki, Göyçay Təhsil Şöbəsi Ucar regional təhsil şöbəsinə baxır. Müəllimlər deyirlər ki, “gözün üstündə qaşın var” deyilə bilməyən bu xanım daha irəli gedərək artıq bir neçə aydır ki, hər müəllimdən ayda 10 manat alır və bildirir ki, bu pullarla yayda məktəbi təmir etdirəcək. Halbuki məktəb bir neçə il qabaq Heydər Əliyev fondu tərəfindən tam təmir olunub və bütün avadanlıqlarla təhciz edilib. Bütün bunlara iradını bildirən müəllimlərə hədə-qorxu gələn Telli Cəbrayılova onları təhqir edərək bildirir ki, bu yaxınlarda əmisinin köməkliyi sayəsində direktor təyin olunacaq. Bundan sonra onlara qarşı daha amansız olacağı ilə hədələyir.
Bütün bunlardan bezən və qorxuya düşən müəllimlər Təhsil Nazirliyindən və ölkə prezidentindən kömək istəyirlər. Müəllimlər haqlı olaraq bildirirlər ki, uzun müddətdir namaz qılıb, ibadət edən və başı bağlı olan bu xanımı görəsən nə vadar edir ki, belə haqsızlıqlar etsin?
Qeyri-iş günü olduğundan T.Cəbrayılovanın mövqeyini öyrənə bilmədik. Mövzunu davam etdirəcəyik…

Related Articles

050-295-94-79
top