KOSMETOLOQ ELNARƏ RZAYEVANIN DAHA BİR QURBANI ÜZƏ ÇIXDI-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru


Adı pasientlərinin dodaqlarını yandırmaqda günahlandırılan kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı üzə çıxıb. Həmin şəxs Röya İbrahimovadır. Criminal.az saytına açıqlama verən R.İbrahimova iddia edir ki, özünü kosmetoloq kimi reklam edən Elnarə Rzayeva onun sifətini bərbad hala salıb:

”Sifətimdə çox əvvəllər biopolimer vurulmuşdu. 2017-ci ildən instagramda Elnarənin səhifəsini izləməyə başladım. Hər dəfə fərqli şəkillər gorurdum onun səhifəsində və maraqlanmağa başladım ki, biopolimeri müalicə edən həkim var. Nəhayət 2017-ci il mayın 13-də yoldaşımın təkidi ilə məlumat almaq üçün onun yanına getdim. Elnarə mənə izah etdi ki, ilk öncə iynə vuracaq, 15 gün sonra isə yandıracaq, proses 4-5 ay çəkəcək, amma sonda üzüm şüşə kimi olacaq. Onunla razılaşdım və iki gün sonra yanına getdim. İlk prosedurda üzümə çox ağrılı bir iynə vurdu. Dediyi bütün dietalara əməl etdim. 15 gün sonra, iyunun 1-də yenidən onun yanına getdim və bu dəfə yandırma prosesi başladı. Üzümü yandırdılar., bütün günü maskada gəzirdim. Düz 6 ay evdən bayıra çıxa bilmədim.

Bir ayın tamamında yenidən Elnarənin yanında oldum. Dedi ki, üzümün piyi çıxıb, gərək 15 gün gözləyək ki qızartılar getsin. İyulun 15-də yenidən yanına getdim, yenidən yanağımı yandırdı və 40 gün gözləməyimi məsləhət gördü. Yenə onun dediyi kimi etdim, 40 günün tamamında, düz avqustun 28-də təkrar müraciət etdim.
Bu dəfə də eyni prosedur edildi, yəni yanaqlarımın bəzi yerlərini yandırdı. Təkrar evə gəlib gözlədim, oktyabr ayının sonunda zəng edib yanına getdim. Çünki yanaqlarım bərbad vəziyyətdə idi. Məni xalası qarşıadı, o, Elnarənin köməkçisi işləyir. Hər dəfə üzümü xalası yandırırdı. Yenidən yandırmaq istəyəndə etiraz etdim. Bu zaman Elnarə gəldi və başladı ki, guya mənim üzüm onun yanına gedəndə də eyni vəziyətdə olub. Qışqırdı ki, üzümə durursan? Üstümə cumdu, dedi ki dur burdan…. Ona küçə qadını ilə danışmadığını xatırlatdım. Qışqırdı ki, səni tanımıram. Mərkəzdəki kamera görüntülərini tələb etdim. Dedi ki, kameralar işləmir. Ağlaya-ağlaya yoldaşımı yığıdım. Yoldaşım məni sakitləşdirərək dedi ki, boş verim, başqa həkim taparıq. Elnarəyə dedim ki, sənə 800 manat ödəniş etmişəm, geri ver. Cavab verdi ki, heç kimə ödənişi geri vermir”.
Məsələ ilə bağlı E.Rzayeva ilə danışmaq mümkün olmadı. Lakin o, ittihamları qəbul etmir, sosial şəbəkələrdə özünü haqlı kimi təqdim edir. Özü haqda yayılan xəbərləri süni dodaq gelinə qarşı mübarizə apardığına görə, rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan ”qara piar” adlandırır. E.Rzayeva dəfələrlə mətbuat və sosial şəbəkələr vasitəsilə bildirir ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir.
Bundan başqa, hamını inandırmağa çalışır ki, gelsiz və əməliyyat edilmədən burunun kiçildilməsini həyata keçirir. Hətta bu ”yeniliyinə” görə xarici telekanallara dəvət edilməsi ilə öyünür. Elnarə Rzayevanın süni dodaq gelini məhv etmək, burunu kiçiltmək üçün vurduğu bir iynənin qiyməti 400 manatdır. Prosedurun 2 və ya 3 dəfə təkrarlanması mümkün olsa da, 400 manat bir seans üçün nəzərdə tutulub.
Yada salaq ki, E.Rzayevanın əməliyatsız, iynə ilə suni dodaq gelinin məhv edilməsi proseduru da uğursuz nəticələr verib. Onun prosedurlarının qurbanı olduğunu deyən bir neçə şikayətçi Criminal.az saytına üz tuturaq dodaqlarının yandırıldığını, burunlarının isə iynədən sonra kiçilmədiyini bildirmişdi. Onlar arasında Validə Firidunova, Aygün Məmmədova, G.O-ova, X.F.-eva, E.M-ova, modeli Esmira Yusifova və digərləri var. Onlar başlarına gələnlərə bağlı E.Rzayevaya müraciət edəndə təhqir və şantajlara məruz qaldıqlarından hüquq-mühafizə orqanlarıa müraciət ediblər.
Bütün ittihamlarla bağlı E.Rzayevanın fikirlərini dərc etməyə hazırıq.

Related Articles

050-295-94-79
top