DEPUTAT MİLLİ MƏCLİSİN İCLASININ FASİLƏSİZ KEÇMƏSİNƏ ETİRAZ ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Deputat Elmira Axundova Milli Məclisin iclasının fasiləsiz keçirilməsinə etirazını bildirib.

Deputat qeyd edib ki, son iclasın fasiləsiz işləməsi düzgün deyil:

“Hələ gündəlikdə 20 qanunun müzakirəsi durur. Çox ciddi məsələlər var. Mən də öz münasibətimi bildirmək istəyirəm. Burada şəkər, diabet xəstələri, yemək yemək istəyən şəxslər var. Ona görə də iclasda fasilə verilməli idi”.

Birinci vistse-spiker Ziyafət Əsgərov isə deputata cavab verib ki, sədr Oqtay Əsədov iclasın fasiləsiz işləməsi ilə bağlı deputatlardan rəy öyrənib: “Onlar da bu məsələyə müsbət yanaşdılar. Əgər siz yemək yemək istəyirsinizsə buyurub gedib yemək yeyə bilərsiniz. Burada heç bir problem yoxdur”.

qafqazinfo

Related Articles

050-295-94-79
top