285 SAYLI BAĞÇADA ŞOK HADİSƏ-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 13
    Shares


Bakının 285 saylı uşaq bağçasında 20 manatdan pul yığılır. Bu barədə YENİLİK.AZ-a şikayət edən valideyn Təranə Rüstəmova bildirib. Onun yazdığına görə əvvəlki müdirdən fərqli olaraq bağçaya yeni təyin olunan müdir Səidə Xudiyeva valideynlərdən aylıq pul tələb edir, pul vermədiyi üçün onun uşağının bədəni çimdiklənib və göyərti aşkar edilib.Bundan başqa valideynin iddiasına görə, bağça müdiri onu hətta polisə şikayət edib. Valideynin şikayəti ilə tam şəkildə videoda tanış ola bilərsiniz. Qeyd edək ki, YENİLİK.AZ  olaraq 285 saylı bağçanın müdiri Səidə Xudiyevanın da mövqeyini öyrənmək üçün bağçaya zəng etsək də telefona cavab verən işçisi müdirin icra hakimiyyətinə getdiyini və gələndən sonra bizimlə əlaqə saxlayıb mövqe bildirəcəyini desə də təəssüf ki, sonra nə zəng edən, nə də mövqe bildirən olmadı, bizim zənglərimizə isə ümumiyyətlə daha cavab verilmədi. Buna baxmayaraq 285 saylı bağçanın müdiri S. Xudiyeva mövqeyini bildirmək hüququndan istifadə edərsə onun fikirlərini olduğu kimi dərc etməyə hazırıq. 

Related Articles

050-295-94-79
top