XOŞQƏDƏMİN HƏKİM KİMİ REKLAM ETDİYİ XANIM MAŞINQAYIRAN İMİŞ?-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 96
    Shares


Telekanallarda xüsusilə Zaurla Xoşqədəmin verilişlərində reklam olunan həkimlərlə bağlı çox danışılır. Bu yaxınlarda Zaurun reklam etdiyi ginekoloq həkimin dərman mafiyası ilə əlbir olduğu məlum oldu. Xoşqədəmin reklam etdiyi Mircəlal adlı həkimin də səhv diaqnoz qoyması barədə məlumat yayıldı. Bu günlərdə isə ölkənin  bir nömrəli müzakirə mövzusu kosmetoloq kimi tanınan Elnarə Rzayeva adlı xanımın haqqında danışılanlardır.

YENİLİK.AZ xəbər verir ki, minval.info Elnarə Rzayeva haqqında maraqlı yazı dərc edib. Hansı ki, həmin kosmetoloqu aparıcı Xoşqədəm Baxşəliyeva bir neçə gün öncə Səni axtarıram verilişində çox güclü kosmetoloq kimi reklam edirdi. Həmin yazını və Səni axtarıram verilişindən məlum kadrları təqdim edir, nəticə çıxarmağı oxucuların öhdəsinə buraxırıq.Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Kosmetoloq Elnarə Rzayevanın prosedurlarından sonra heç bir dəyişiklik müşahidə etməyən qadınlardan biri də yeni iddialar səsləndirib. Həmçinin kosmetoloqun təhsili ilə bağlı bəzi şok iddialar səslənir.

Minval.info redaksiyasına müraciət edən Xalidə Qasımova iddia edir ki, o, burnunu gel vasitəsilə kiçiltmək üçün Elnarə Rzayevaya müraciət edib. Kosmetoloq onu əmin edib ki, ağrısız prosedurdan sonra burnu 15 günə istədiyi formanı alacaq. Xanım bunun üçün öz iki aylıq maaşını –  400 AZN ödəniş də edib. Ancaq 1 ay keçsə də, heç bir dəyişiklik baş verməyib, xanım niyə belə olduğunu anlamaq üçün yenidən kosmetoloqun yanına getdiyini söyləyib:

“Heç pulu geri almaq məqsədi ilə getməmişdim. Sadəcə maraqlanırdım ki, burnumda nə zaman dəyişiklik baş verəcək. Mənə dedi ki, bir 400 manat da ver proseduru yenidən həyata keçirək. Bundan sonra mən əsəbiləşdim, tələb etdim ki, pulumu qaytarsın. Köməkçiləri  məni dərhal otaqdan çıxardı. Arxamca “get hara istəyirsən şikayət elə” dedi”.

Müştəri otaqdan çıxarıldıqdan sonra mərkəzdə Elnarə Rzayevanın qəbuluna düşmək üçün növbə gözləyən qadınlara yaxınlaşıb. Onlara bildirib ki, kosmetoloq onları da aldadacaq, prosedurların heç bir xeyri olmur: “Bu zaman elə köməkçiləri məni mərkəzdən çıxardılar. Dedilər, “ixtiyarın yoxdur, burada oturub müştərilərə təzyiq göstərəsən. Çıx çölə, vəssalam”.

Digər bir iddia isə Elnarə Rzayevanın təhsili ilə əlaqəlidir. Bildiyimiz kimi, Azərbaycanda heç bir ali təhsil müəssisəsində kosmetologiya ixtisası üzrə təhsil yoxdur. Bu sahədə çalışanların bəziləri Azərbaycan Tibb Universitetində dermotologiya və gigiyeniya ixtisasına yiyələniblər, digərləri isə sadəcə 3-4 aylıq kurslardan sertifikat alıblar. Bu cür kursların təhsil səviyyəsi şübhə doğurur və 4 aydan sonra dərhal kosmetoloq kimi çalışa bilmək mübahisə doğurur. İddialara görə, Elnarə Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikomda maşınqayırma ixtisası üzrə təhsil alıb.

Həmçinin Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın Tibbi Və Əczaçılıq ilə bağlı lisenziyası yoxdur. Bildirilib ki, Elnarə Ramiz qızı Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.

Kosmetoloq Elnarə Rzayevanın haqqında günlərdir irəli sürülən bir çox iddia ilə bağlı artıq 2 gündür onla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmayıb. Köməkçiləri hər zəngimizdə bizimlə daha sonra əlaqə saxlanılacağını desələr də, nəticədə heç bir cavab almaq mümkün olmayıb.

Related Articles

050-295-94-79
top