ŞİRKƏT RƏHBƏRİ 4800 MANAT CƏRİMƏLƏNDİ – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.
Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Related Articles

050-295-94-79
top