GENERALIN DTX-YA APARILMASI KƏMALƏDDİN HEYDƏROVU DUBAYDAN GERİ DÖNMƏYƏ VADAR ETDİ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 155
    Shares
Dövlət Gömrük Komitəsində (DGK) “dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan məhşur generallarının hələ də istintaqdan kənar gəzməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır.

Criminal.az xəbər verir ki, dərmanlar ölkəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev isə onları başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirsə də, onlar hələ də azadlıqdadır. Halbuki “dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb

Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun qərarı var ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmiş olsun.
Bəzi istisnaları nəzərə almaqla, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni gömrük məntəqələrindən kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır.
• Ölkənin bir nömrəli məmur-monopolisti ”vuruldu” – Kəmaləddin Heydərovun ən yaxın qohumudur
• “DƏRMAN MAFİYASI”NIN GENERALLARI MƏSULİYYƏTDƏN YAYINDIRILIR? – Yeni faktlar
• “Generalın arvadı məndən 35 min pul istəyir”
S.Abduyevin dərman qaçaqmalçılığından başqa digər qiymətli məhsulların manapoliyasına nəzarət edib. Qaçaq yolu ilə həmin malların ölkəyə gətirilməsi birbaşa onun rəhbərlik etdiyi idarədən başlayıb. Bəs belə olan halda o, məsuliyyətdən bu vaxta kimi necə yayına bilib? Bunun da səbəbi məhşur generalla qohum olmasıdır.

Related Articles

050-295-94-79
top