ELNARƏ RIZAYEVANIN ÖZÜNÜMÜDAFİƏ TAKTİKASI VƏ ONU İFŞA EDƏN ŞOK FAKTLAR – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 37
    Shares
Məhşur Estetik və Plastik Cərrahiyyə Uzmanı Mircəfər Seyid süni dodaq gelinin iynə vasitəsilə və əməıliyyatsız yox edilməsini tam inkar edir. O, Criminal.az saytına açıqlamasında bildirdi ki, uzun illər ərzində Azərbaycanda silikon biopolimer inyeksiya olunan yüzlərlə insan var. Onların bir çoxu, xüsusilə allergik insanlar böyük problemlərlə üzləşirlər. İnsanlar çox vaxt silikon gel ilə silikon implant qarışdırılır. Bunlar fərqli materiallardır. Silikon impolantlar orqanizmdə ömürlük qalar və hər hansı zərərli təsiri olmaz. Ancaq silikon gel barədə bunu demək çətindir.
• Məhkəmə kosmetoloq Elnarə Rzayeva barədə son qərarını verdi – O, külli miqdarda təzminat ödəyəcək
• Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ”sövdələşmə”sini etiraf etdi – TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
• Kosmetoloq Elnarə Rzayevadan əxlaqsız sözlər – “Sənin ağzını…”
Cərrahın sözlərinə görə, silion gellər bədən tərəfindən sorulmayan və kənarlaşdırılmayan, zaman keçdikcə fibrotik toxuma dediyimiz yad toxumaya çevrilən meterialdır: ”Xusisilə iki-üç il ərzində problem çıxartmayıb, ondan sonra daha fərqli assimetriya və deformasiyalar əmələ gətirir. Həm morfolojik, yəni quruluş olaraq, həm də funksional problemləri bərəbarində gətirməkdədir. Ölkəmizdə dodağa süni gel inyeksiyası olunan xeyli sayda qadınlar var. Onlar düşünürlər ki, həmin gel tamimlə çıxarıla bilir və ya hər hansı prosedurla əridilə bilir. Təəssüf ki, əlimizdə belə bir imkanlar yoxdur. Xüsusən dodaq nahiyəsində olan vulqar görüntünün, deformasiya və assimmetriyaların ləğvi üçün cərrahi müdaxilə lazımdır. Ancaq bu da suni gelin tamamilə insan oranizmindən kənarlaşdırılması anlamına gəlmir. Gelin müəyyən hissəsi çıxarılır. Burda məqsəd deformasiyanın aradan qaldırılması, vulqar görüntünün ləğv olunmasıdır”.
M.Seyid qeyd edir ki, süni gelin digər alternativ üsullar – əridərək çıxarmalar, iynə inyeksiyaları ilə əridilmə absurd fikirlərdir: ”Çünki suni gel bədəndən xaric olunmur. Bəzən üzün digər nahiyələrində, xüsusən üz sinirinə yaxın nahiyələrdə olduqda süni gelin çıxarılması daha təhlükəlidir. Üz sinirinin iflici kimi problemlərə gətirib çıxara bilər. Digər alternativlər arasında bəzi mütəxəssilər suni gelin tamamilə çıxarılacağını söyləyirlər və dodağın içərisində olan bütün əzələlərlə, struktur toxumalarla birlikdə geli çıxarmağa çalışarkən dodaqda funksional problemlər, qidalanma və ya digər dodaq hərəkətləri əsnasında dodağın funksiyasının pozulması kimi aktlar meydana gəlir. Burda əsas məqsəd vulqar görüntünün və assimetriyanın aradan qaldırılmasıdır. Amma silikon gel iniyeksiyası sonrası problemlər tamamən aradan qalxmır. Bu gunumuzdə də süni gel vurduran insanlar, onu həyata keçirən mütəxəssislər var. İllər öncəyə baxanda bunun sayı qat-qat azalıb”.
Yada salaq ki, E.Rzayevanın əməliyatsız, iynə ilə suni dodaq gelinin məhv edilməsi proseduru da uğursuz nəticələr verib. Onun prosedurlarının qurbanı olduğunu deyən bir neçə şikayətçi Criminal.az saytına üz tuturaq dodaqlarının yandırıldığını, burunlarının isə iynədən sonra kiçilmədiyini bildirmişdi. Onlar arasında Validə Firidunova, Aygün Məmmədova, G.O-ova, X.F.-eva və digərləri var. Onlar başlarına gələnlərə bağlı E.Rzayevaya müraciət edəndə təhqir və şantajlara məruz qaldıqlarından hüquq-mühafizə orqanlarıa müraciət ediblər.

Hazırda V.Firidunovanın döyülməsi ilə bağlı E.Rzayevanın barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. X.F-yeva, G.O-ova, A.Məmmədova digər bir neçə pasient paytaxtın müxtəlif rayon Məhəkəmələrində E.Rzayevaya qarşı iddia qaldırıblar.
Bu istiqamətdə araşdırmalarmızıı davam etdiririk. Yaxın günlərdə özünü E.Rzayevanın prosedurunun qurbanı hesab edən şəxslərlə bağlı materialları oxuculara təqdim edəcəyik.
KRİMİNAL.AZ

Related Articles

050-295-94-79
top