MƏŞHUR GENERAL QARDAŞINI İTİRDİ – KƏMALƏDDİN HEYDƏROVUN YAXƏN QOHUMU İDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Məhşur gömrük generalına ağır itki üz verib. Criminal.az saytının məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Nazim Məmmədovun qardaşı Malik Məmmədov vəfat edib. O, ürək çatışmazlığından dünyasını dəyişib.
Əslən Ordubad rayonundan olan M.Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilib. O, əvvəllər FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiin rəisi olub.
İddialar var ki, M.Məmmədov yüksək dövlət məmuru haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə K.Heydərov tərəfindən işdən çıxarılıb. Sonra isə ”Gilan Holdinq”də işləyib.

General-leytenant Nazim Məmmədov
Nazim Məmmədova gəlincə, o, Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. O, 1994-ci ildə, 44 yaşı olarkən tələbə adını qazanıb. Təfəkkür Universitetinin hüquq fakültəsinin ikinci kursunda oxuyarkən, 1995-ci ildə DGK-nə işə düzəlib. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Related Articles

050-295-94-79
top