GÜNÜN İLK YARISI BAŞ NAZİRİN MÜAVİNİ, GÜNORTADAN SONRA BAKININ MERİDİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediib. O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı adı çəkilsə də, hələlik təyinat yoxdur.
Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir. Criminal.az saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir. 35 güngür Hacıbala Abutalıbov kimi adam tapıb başçı təyin edə bilmirlər. Hacıbala Abutalıbovun yerinə namizədlər arasında ”Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, Bakı Metropoliteninin rəisi Zaur Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ‘Azərgold” QSC-nin sədri Zakir İbrahimovun adı hallanırdı.

Related Articles

050-295-94-79
top