AZAD RƏHİMOVUN QUDASI BİNƏQƏDİYƏ İCRA BAŞÇISI GƏTİRİLƏ BİLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 51
    Shares
Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun yerinə təyinatla bağlı daha bir şəxsin adı hallanır. BakuPost-a daxil olan məlumata görə, Bakının kifayət qədər böyük rayonlarından birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gətiriləcəyi gözlənilir.
Bildirilir ki, bu rayona rəhbər gətirilməsi üçün hakim dairələrdə bir neçə nəfər müzakirə edilir. Onlardan biri də N. Bayramovdur. İcra başçısı bu gün Prezident Administrasiyasında olub. Ehtimal olunur ki, onun PA-ya çağırılması bu məsələ ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Bakıda göydələnlər tikən və biznesini məhz mərkəzdə quran Niyazi Bayramov paytaxtın rayonlarının birinə icra başçısı gəlməsi üçün illərdir, mübarizə aparır.
Bir müddət əvvələ kimi onun Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı barədə informasiyalar dolaşırdı.
Qeyd edək ki, Binəqədiyə icra başçısı gətirilməsi ilə bağlı adı hallanan şəxslərdən biri də Əhəd Abıyevdir. Mətbuatda onun Binəqədi İH-nin inzibati binasında görüldüyü, bu rayona başçı gətiriləcəyi barədə xəbərlər yazılsa da, Ə. Abıyev təkzib etmişdi.

Related Articles

050-295-94-79
top