AYNUR SULTAN-AYNUR CAMALQIZI-ZƏMİNƏ ƏLİQIZI “TROYKA”SI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares
Görəsən bu “troyka”nın vaxtilə Rüstəm İbrahimbəyovun Rusiyada yaratdığı “troyka”kası ilə hansısa oxşarlığı varmı və bunlar nədən ibarətdir?
… Şeyx Şamil deyirdi: “Aqibətini düşünən əsgərdən igid çıxmaz! Bunu nə üçün deməyimin dürüst mənası var. Qarşıdakı yazıda diqqət kəsiləcəyiniz yazıda oxuyacaqsınız. Pravdainfo.org vacib bir məsələnin izinə düşüb və neçə müddətdir araşdırma aparmaqdadır. Mövzuya keçməmişdən deyim ki, bir anlığa düşünün: insan yemək yediyi qaba necə tüpürə bilər??? Cavab bəllidir. Amma bəlli olmayan çox şey var. Onlardan biri də budur ki, Bakı şəhər Təhsil İdarəsinin uzun illər mətbuat xidmətinə rəhbərlik etmiş Zəminə Əliqızı space-tv-dən işdən çıxası, sonrakı illərində qazandığı nə varsa (uşaqları başqa mövzudur) Hamısına görə həmin idarəyə və onun rəhbərliyinə borcludur. Amma neçə gün əvvəl rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini (?), hüquq müdafiəçisi (başqalarının hüququnu kobud surətdə pozan adam necə hüquq müdafiəçisi adlandırıla bilər sizcə???.RED.) Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rauf Sultanov dindirildi… Məhkəmənin iclas salonunda axar.az saytının da əməkdaşı var idi… Onlar sonradan nə yazdılar, nəyi təhrif etdilər, sadəcə, jurnalisin təhrifləmə texnologiyasına adamın yazığı gəlir. Bu barədə az sonra ətraflı bəhs ediləcək.“Aynur Camalqızının adını çəksəm, mənim dilimi çıxardıb… Ora soxarlar”

…Rauf Sultanov məhkəmədə dilə gəldi… Maraqlı bu idi ki, o, həbsinin baiskarı olan rüşvəti dilə gətirsə də, onu həbsə atdıran səbəbkarların adını açıqlamaqdan da usanmadı… Düzdür, o, məhkəmənin hazırlıq iclasındaca düzgün yolda olmadığını dilə gətirdi, səhvini etiraf etdi. Üzünü hakimə tutaraq dedi ki, “Mənim Nailə xanıma məktəb direktoru olaraq heç bir gileyim, şikayətim yoxdur, ona qarşı heç bir qərəzçiliyim olmayıb… Amma mənə istər təhsil sahəsi barədə məlumatlar ötürən, istərsə də 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın barəsində faktları verən Bakı Təhsil İdarəsinin işçisi Zəminə Əliqızı idi…”.
Rauf həyəcanlı idi və o, birdən nə düşündüsə, yenidən məhkəmə zalını bürümüş sükutu pozan şok açıqlama verdi: “…Əgər mən burda Aynur Camalqızının adını çəksəm, bilirsiniz də, mənim dilimi çıxardıb… Ora soxarlar”.
Bu son idimi?

“Zəminə Əliqızı da burada oturmalıdır!”

… Nə olmuşdusa, Rauf Sultanov tələyə düşmüş şikar kimi çabalayır, bu tələyə onu salan səbəbdən daha çox səbəbkardan danışmaq istəyirdi… Danışdı da:”…Mən Korrupsiya idarəsində müstəntiqə də dedim, Zəminə niyə istintaqa cəlb edilib dindirilmir??. Bax bu sənədlərdə onun mənə və mənim ona yazdığım mesajlardır… ona dəfələrlə demişdim, o, mənim yanımda olacaq axır- əvvəl. Niyə o burada deyil?”
Hakim də, zaldakılar da şokda idi… VƏ onları şokdan xilas edən tapıldı və şikayətçi Nailə Məmmədovanın vəkili vəsatət qaldırdı ki, növbəti məhkəmə prosesində Zəminə Əliqızı, eləcə də Aynur Camalqızı məhkəməyə gətirilsin və səslənən ittihamlarla bağlı onlar dindirilməlidir…

Direktora qarşı kampaniya hardan qaynaqlanırdı və niyə amerikapress.com yalnız Bakı məktəblərinin şantajına həsr edilmişdi?

… Məhkəmə prosesində nələrin baş verdiyini ətraflı yazacağıq və tanış olacaqsınız ki, axar.az saytının əməkdaşı 187 saylı məktəbə neçə dəfə zəng edib və ” Adam göndəririk… Tədbirimiz var…” zəngləri işə keçməyəndə məktəbə nümayəndə göndərilir, “zavuç”la bazarlıq niyə baş tutmur? VƏ sonradan direktora zəng vurub çox naşı bir adam sualı ilə “Sizdən şikayət var ki…” və sair hoqqalar… Əvəzində direktor Nailə Məmmədovanı hövsələdən çıxarmaqla onu dilə-dişə salmaq taktiki gedişi ilə gözdən salmaq, axar.az saytının müxbirinin barəsində isə süni əzilən və döyülən, təhqir edilən jurnalist obrazı yaratmaq cəhdi…
Sİz onu da biləcəksiniz ki, axar.az saytının əməkdaşı niyə CAHAN-TV.az adlı internet saytında axar.az əvəzinə axtar.az saytını izləyiciyə sırımaq və onu izazdırma ilə çaşdırmaq istəyir…
BU hələ harasıdır, biləcəksiniz ki, Tərtərin sabiq başçısı Sərdar Həmidov deputat seçkisində niyə Aynur Camalqızını dəstəkləyirdi, o, nələrindən nəyə görə keçməli olmuşdu, nəticədə bu hadisələrdən sonra Həmidovun ailəsində Aynur Camalqızı düşmən elan edilmişdi…
… VƏ bir də biləcəksiniz ki, axar.az-ın müxbiri niyə Nailə Məmmədovanın məhkəmə zalında söylədiyi “Qaçıb aradan çıxmaması üçün Raufu tutub divara sıxmışdım”, ifadəsini “Raufu yetə yıxıb üstündə oturmuşdum” kimi bənzətmələmişdir?… ELəcə də Nailə Məmmədovanın içki məsələsini də yalnış təsvirləyib bundan da başqa məqsədlər üçün istifadə cəhdi edilmişdir…/Tezadlar.az

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Related Articles

050-295-94-79
top