“XANIM DEPUTATIN MAŞINI CƏRİMƏ MEYDANÇASINA APARILIB”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 28
    Shares

Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun bugünkü iclasında “Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb

“Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərə çarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.

Modern.az-ın məlumatına görə, deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib.

“Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, “Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.

Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.

Related Articles

050-295-94-79
top