TURİSTLƏR QUBADA MEŞƏNİ YANDIRDILAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Yanğının baş vermə səbəbi turistlərin meşə ərazində ocağı söndürməməsi olub
Şimal zonasında yanğın baş verib. Hadisə Quba rayonun Püstəmqasım kəndi ərazisində yerləşən meşə massivində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə,1 hektara yaxın kolluq sahə yanıb.
Kənd camaatının sözlərinə görə, yanğının baş vermə səbəbi turistlərin meşə ərazində ocağı söndürməməsi olub. Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerində olub, yanğını söndürdüklərini zənn etsələr də, yanğın yenidən başlayıb.
Hal-hazırda Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğını söndürməyə cəhd edilir. (sputnik.az)

Related Articles

050-295-94-79
top