XALQ ARTİSTİMİZİN DÜNYASINI DƏYİŞƏN OĞLU YÜKSƏK VƏZİFƏLİ MƏMUR İMİŞ – YASDAN FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 105
    Shares

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlu vəfat edib.

47 yaşlı İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürüləcək. O, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.

mənbə: qafqazinfo

Related Articles

050-295-94-79
top