DEPUTAT: “PAPA”LARININ “GÜL BALALARI”NIN PROBLEMİ YOXDUR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İmkansız ailələrin övladlarının, xüsusilə istedadlı uşaqların ödənişsiz ali təhsilə yollarını, qapılarını açmalıyıq. Bu, mütləq edilməlidir.

Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə deyib.

“Onsuz da “papa”larının “gül balaları” üçün ödəniş məsələsində heç bir problem yoxdur. Onlar istənilən yollarla təhsil ala, ödəniş edə biləcəklər. Amma imkansız ailələrin istedadlı övladlarının ödənişsiz ali təhsilə yollarını açmalıyıq. Onlara belə bir imkan verilməlidir”.

Millət vəkili Tahir Mirkişili isə deyib ki, ali təhsil məktəblərinə, universitetlərə qəbul asanlaşdırılmalı, amma həmin məktəblərdə təhsil, tədris bir qədər sərtləşdirilməlidir.

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da təhsil qanununa dəyişiklikləri əhəmiyyətli sayıb.

Amma təklif edib ki, “təhsilin səviyyələri və pillələri” məsələsinə yenidən baxılsın.

Related Articles

050-295-94-79
top