TANINMIŞ VƏKİLDƏN DAHA BİR MÖHTƏŞƏM QƏLƏBƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 46
    Shares

Tanınmış vəkil Adəm Məmmədov tez-tez məhkəmələrdə qələbə, bəraət hökmlərilə gündəmə gəlir. Amma bu dəfəki qələbəsi əvvəlkilərdən qeyri-adiliyilə fərqlənir. Belə ki, A. Məmmədov bu dəfə özü ilə bağlı cinayət işi üzrə bəraətverici əsaslarla qalib gəlməyə nail olub.  AYDINLIQ.AZ  Yenilik.az-a istinadən xəbər verir ki, bu barədə A.Məmmədov sosial şəbəkədə qeyd edib . Həmin qeydi olduğu kimi təqdim edirik:

Hazırkı qələbə digərlərindən daha çox fərqlənir. Belə ki, bu dəfə öz barəmdə AR CM-nin 289-cu maddəsi ilə (məhkəməyə hörmətsizlik) başlanılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Uzun çəkən mübarizəm və prinsipial mövqeyim uğurlu nəticələndi. Cinayət işinin başlanmasına səbəb 29.06.2015-ci il tarixdə guya “Gündəlik Bakı” qəzetinin şantajist baş redaktoru Habil Vəliyevi döyməyim olmuşdur.

Habil Vəliyev ləğv edilmiş AR MTN-də vaxtı ilə həmin dövrdə yüksək vəzifə tutan havadarlarının köməkliyi ilə mənim həbs olunmağıma az qala nail olmuşdu. Hətta barəmdə məcburi gətrilmə qərarı belə çıxarılmışdı. AR Ədliyyə naziri Fikrət Məmmədov məni qəbul etdikdən sonra barəmdə aparılan qərəzli cinayət işinin icraatı bu yaxınlara kimi dayandırılmışdı. Ən dəhşətlisi isə vaxtilə birlikdə çalışdığım (paqon yoldaşlarım) və Yasamal rayon icra şöbəsinin əməkdaşlarının göstəriş əsasında əleyhimə ifadə verməkləri idi. Yasamal Rayon Məhkəməsinin rəhmətlik hakimi Mətanət Qasımovanın ədalətli və cəsarətli mövqe nümayiş etdirməsi bəzi üzə duran əməkdaşların pis niyyətlərinin həyata keçməsinin qarşısını aldı. Bir vəkil kimi bu mübarizə məni daha da möhkəmlətdi.

Bu ədalətli qərarın qəbul edilməsinə görə AR Ədliyyə naziri cənab Fikrət Məmmədova dərin təşəkkürümü bildirirəm!

Related Articles

050-295-94-79
top