“QIZ QAÇIRMA İNSAN OĞRULUĞU DEYİL” – DEPUTATDAN ŞOK AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov qız qaçırma ilə adam oğurluğunu eyniləşdirməyin düzgün olmadığını bildirib.

Bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib. S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib:

“Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.

 

MİA.AZ

Related Articles

050-295-94-79
top