XALQ ARTİSTİNDƏN DEPUTATA SƏRT SÖZLƏR: “BUNLARI ZURNA-BALABANLA YOLA SALMAQ VAXTI ÇATIB” –

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 104
    Shares

Millət vəkili Aydın Mirzəzadənin açıqlaması ciddi müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, millət vəkilinin “Əsgərliyə gedəndə ya qəhrəman olmaq lazımdır, ya da şəhid” fikirləri heç də birmənalı qarşılanmayıb və müzakirələrdə millət vəkilinin özü bu fikirlərinə görə hədəfə gəlib.

Müzakirələrə bir müddət öncə Məleykə Əsədova ilə məhkəmə çəkişməsində olan xlaq artisti Ramiz Məlik də qoşulub. Belə ki, xalq artisti millət vəkilinə qarşı sərt ifadələr işlədib:

“Əsgər qəhrəmanlıq göstərməlidir! Niyə şəhid olsun ki, ay deputat? Nə arzulayırsan? Əgər müharibədirsə, hə, o zaman sən deyən kimi Vətən uğrunda şəhid olmaq şərəfdir! Amma atəşkəs vaxtında bu şəhidlik deyil! Niyə öz torpağımızda düşmənlə təmas xətti yaratmışıq? o xətti darmadağın etmək olmaz? Bədnam MİNSK qrupu erməniyə işləyir, o ləğv olunmalıdır! Azərbaycan özü bu məsələni həll etməlidir! Amerika, Fransa, Rusiya erməni faşistlərinə lobbilik edirlər. Nə vaxta qədər?”.

Daha sonra xalq artisti Ramiz Məlik sözlərinə davam edərək bunları da əlavə edib:

“Deyəsən çox oturmaqdan, deputat mandatı gəzdirməkdən yorulublar, danışdıqlarını artıq bilmirlər! Bunları zurna balabanla yola salmaq vaxtı çatıb! Vətənin taleyüklü məsələlərini həll etməyi bacaran, yeni nəsil Milli Məclis üzvü seçilməlidir!”.

Related Articles

050-295-94-79
top