VİP AVİASİYA ŞİRKƏTİNİN PƏRDƏARXASI XİDMƏTLƏRİ-İLHAM ŞÜKÜROV KİMDİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 8
    Shares

YENİLİK.AZ  Millixeber.com-a istinadən xəbər verir ki, H.Əliyev adına Beynəlxalq Hava Limanında vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ölkənin giriş qapılarında baş verənlər ötən iclasda ölkə başçısı İlham Əliyevin də diqqət mərkəzində olub. Və bununla bağlı prezident sərt şəkildə xəbərdarlığını elədi.

Aeroportda baş verənlərdən artıq hamı xəbərdardır. Bizə verilən məlumatlarda isə deyilir ki, hətta ölkəyə giriş-çıxışı qadağan edilmiş şeylərin ölkəyə gətirilməsi, aparılması (qaçaqmalçılıq) bu gün adi hala çevrilib. Məlumata görə, bu işlər “Salam Service – Fast Track Xidməti” adı altında fəaliyyət göstərən “XİDMƏT” vasitəsilə reallaşdırılır.  Dünyada heç yerdə “analoqu” olmayan bu  “Salam Service – Fast Track Xidməti” hər bir sərnişinə növbədənkənar (və ya qrup halında) hava limanında sərhəd xidməti, ğömrük rəsmiləşdirilməsi və aviasiya təhlükəsizliyi xidməti mərhələlərini keçərkən fərdi məsləhət xidməti, Visa rəsmiləşdirilməsi zamanı “faydalı məsləhətlər” və konsaltinq dəstəyi ilə təmin edir. Elə məsələ də burdan başlayır.  Müraciət edənlər guya serviz göstərilir adı ilə bütün “qaranlıq” işlərini pul müqabilində həyata keçirə bilirlər. Sözsüz ki, geniş bir şəbəkənin vasitəsilə planlanır və reallaşdırılır.

Üzdə görünən budur ki, 50 AZN müqabilində guya ekonom bilet alanlara xidmət göstərilir …Əgər VİP, və müəyyən seçilmiş adamlar üçün Biznes Klas (CİP), xidmətləri olduğu halda fərdi qaydada növbədənkənar “xidmət” adı ilə məyyən işlərin həyata keçrilməsi lazımdırmı? Və ya bunun arxasında nə dayanır? Məlumatlara görə, bütün qaçaqmalçılığa dəstək bu xidmətin vasitəsilə ilə həyata keçrilir. Hətta Ərbistana gizli yollarla keçirilən qadağan olunmuş “AĞ ŞAHİN” qartalları da məhz “Salam Service – Fast Track” Xidmətinin vasitəsilə reallaşdırılır.

Xatırladaq ki, VİP Aviasiya Xidmətləri Şirkətinə daxil olan “Salam Service – Fast Track” Xidmətinin ümumi baş direktoru İlham Şükürovdur. Hansı ki, o əvvəllər Aeroportda Bilet Qeydiyyatı idarəsinin rəisi olub. Və orada işi düzüb-qoşub və şirkət açaraq qara işlərlə məşğuldu. Oğlu həmin şirkətin vitse-prezidentidir, əsgərlikdən yayınıb. Özünün bahalı maşın kolleksiyası var. Özünün şəxsi mühafizəsi isə onu hər yerdə müşayət edir. Şəxsi əşyalarını daşıyanlar isə müavinləri və köməkçiləridir. Xüsusilə müavini Etbar adlı şəxs “xidmətlərinə” fərqlənir. İ.Şükürovun özü isə Aeroportda ikinci hakimiyyət yaradıb və qanunları isə özü yazır. Necə deyərlər “Burda mənəm Bağdadda xəlifə” . Vəziyyət o yerə çatıb ki, AZAL QSC-nin prezidenti Cahangir Əsgərov onun qarşısında acizdir.

PS. Bu mövzu araşdırılır, daha maraqlı faktıar üzə çıxacaq. Hansı əməliyyatlarda nə qədər pul alınıb, hansı dövlətlərlə və şəxslərlə birlikdə qaçaqmalçılıq həyata keçrilir. Niyə İlham Şükürova bu qədər şans verilib?…

YENİLİK.AZ  olaraq qarşı tərəfin də mövqeyini  dərc etməyə hazırıq. 

Related Articles

050-295-94-79
top