XALƏDDİN İSGƏNDƏROVU GÖRÜN KİM ƏVƏZLƏYƏCƏK – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 15
    Shares

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur.

Bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Mənbə bildirirb ki, Əhəd Abıyevin indiyədək Daşkəsəndə gördüyü işlər və fəaliyyətində korrupsiya hallarının qeydə alınmaması onun üçün müsbət imic yaradıb. Bu səbəbdən də Binəqədidə mövcud olan problemlərin tezliklə həll olunması üçün Əhəd Abıyevin bu rayona başçı təyin olunması zərurəti yaradıb.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəbgimizə cavab verilməyib.

Related Articles

050-295-94-79
top