TANINMIŞ MEYXANAÇI XƏSTƏXANALIQ OLDU – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 12
    Shares

Meyxanaçı Aqşin Fatehin əməliyyatı başına bəla olub.

Minval.info xəbər verir ki, onun bıçaq altına keçməsi insanların müəmmalı tənqidinə tuş gəlib. Belə ki, meyxanaçı dindar olduğundan onun plastik əməliyyat etdirməsi narazılıqla qarşılanıb. Bəziləri bunu günahla əlaqələndirərək A.Fatehin ünvanına tənqid yağdırıb.

Meyxanaçı insanların reaksiyasından sonra açıqlama vermək məcburiyyətində qalıb. O, zərurətdən dolayı burnunu əməliyyat etdirdiyini və narazılığını dilə gətirib. Aqşin Fateh hətta qəzəblənərək onun haqqında danışanlara “üzdəniraq” deyib.

“Üzdəniraqlara demək istəyirəm ki, estetik əməliyyat etdirmək niyyətim olsaydı, 25-30 yaşımda bu addımı atardım. Mən model, qız uşağı deyiləm. İnsan ağrılar, əməliyyat keçirir… Sizin necə ürəyiniz gəlir belə yazmağa: “Dindara bu olmaz”, “bu da özünü gözəlləşdirir”, “Camaat pul tapmır ət yeməyə, bu artıq ətini pulla götürür”. Allahdan qorxun, həya edin. 10 saniyə bu ağrıları yaşayın, sonra bilərsiniz ki, insanlar bura kefindən, yoxsa əməliyyat olunmağa gəlir. Əsəb keçirdim, sadəcə, ayıb olsun. Allah insaf versin”.

Related Articles

050-295-94-79
top