“İCRA BAŞÇISI VƏ MƏMUR VƏZİFƏYƏ TƏYİN OLUNAN KİMİ…” – DEPUTAT İŞÇİLƏRİ ÇIXARAN TƏZƏ MƏMURLARI TƏNQİD ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

“Bu gün bizdə alim hazırlığı ümidsiz vəziyyətdədir. Belə ki, ali məktəbə sənəd verən şəxslərin 50 faizi 200 baldan aşağı toplayırsa, gələcəyimizin elm və təhsil sahəsində necə olduğu görülməkdədir”.

Bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında çxıış edən deputat Fazil Mustafa deyib. O bildirib ki, hər hansı bir vəzifəyə təyin olunan şəxs orada çalışan məmurların soyqırımını gerçəkləşdirir.

“Son vaxtlar bu halı müşahidə edirik. Bir məmuru yetişdirmək üçün dövlət xeyli vəsait xərcləyir. Ancaq bir icra başçısı və məmur vəzifəyə təyin olunan kimi digərlərini ordan çıxarır. Deyəndə ki məni niyə çıxarırsan deyir ki, get ver məhkəməyə. Məhkəmə də dövlət orqanlarının ziyanına heç bir qərar çıxartmır. Biz hər hansı dövlət orqanında 15-20 il çalışan şəxsləri belə xərcləməklə nəyə malik oluruq?”.

Modern.az

 

Related Articles

050-295-94-79
top