XURAMAN ŞUŞALIYA EFİRDƏ AĞIR SÖZLƏR: “HİCAB TAXMAQLA DEYİL” – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 16
    Shares

Müğənni Xuraman Şuşalı bu gün qonaq olduğu “Onda başladıq” verilişində qalmaqal yaşayıb.

Lent.az xəbər verir ki, verilişin eksperti İntiqam Valehoğlu ifaçıya “Sizin xınayaxdı aparmağa mənəvi haqqınız yoxdu” sözlərini deyib. Müğənni isə onun bu sözlərinə əsəbiləşərək, verilişi tərk edib:”Mən AzTV kanalının yetirməsiyəm. “Bənövşə” uşaq xorunun aparıcısı olmuşam. Siz indi gəlib burada otura bilərsiz, amma sizin yeriniz efir deyil. Mən fikir verirəm ki, heç sizin mənəvi haqqınız yoxdur danışasınız. Siz insan kimi insan deyilsiz. Sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm. Çox mədəniyyətsiz insansız”.

Qeyd edək ki, verilişin aparıcısı Kamran Həsənlidir.

Related Articles

050-295-94-79
top