“DEYİLƏCƏK MİNLƏRLƏ SÖZ VAR, AMMA…” – CƏSƏDİ TAPILAN ALPİNİSTLƏRİMİZ HAQDA YENİ XƏBƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 20
    Shares

“Deyiləcək minlərlə söz var, ancaq heç birini dilə gətirmək mükmkün deyil”

Bu barədə itkin düşən alpinistlərimizin meyitinin tapılması barədə “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəsmi facebook səhifəsində yazılıb.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Bu gün saat 18:00 radələrində isə axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Related Articles

050-295-94-79
top