İLKİN HƏSƏNİNİN KÖRPƏSİNƏ ALDIĞI BU UŞAQ QİDASI SAXTA ÇIXDI – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares

Yenicə ata olan aparıcı İlkin Həsəni körpəsinə uşaq qidası alarkən xoşagəlməz hadisə ilə rastlaşıb.

Bu barədə o, özü məlumat verib:

“Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan “Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı.

Qutu bir neçə gün aptekdə qaldıqdan sonra “Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.

İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”.

Qeyd edək ki, İlkin Həsəninin qızı Alisa 2 aylıqdır.

Related Articles

050-295-94-79
top