İCRA BAŞÇISINDAN TÜRK MÜĞƏNNİYƏ TORPAQ HƏDİYYƏSİ-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 21
    Shares


Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcək.“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.
Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Yayılan xəbərlə bağlı Bizim Yol Şəkir Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

“Petek xanımdı da, şou-biznes əhlidi ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə bu nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil.”

Daha sonra Elxan Usubov bunları deyib:
“Petek xanım Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və “ARB” kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz.”

Related Articles

050-295-94-79
top