4 KƏNDİN TÖVLƏYƏ BƏNZƏR MƏKTƏBİ: LERİKDƏN FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Lerik rayonu Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbin binası acınacaqlı gündədir.

AYDINLIQ.AZ yenicag.az-a istinadən xəbər verir ki, Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbdə Soru kənd sakinlərindən başqa yaxınlıqda yerləşən 4 kəndin 10-11-ci sinif şagirdləri də təhsil alır.

Belə ki, Əliabad, Camaşəir, Ərdəbilə kəndlərində məktəb 9 illik olduğu üçün adı çəkilən kəndlərin 10-11-ci sinif şagirdləri Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbdə təhsil alırlar.

Təhsil ocağından universitetə qəbulun yüksək olduğu deyilsə də, məktəbin binası normal vəziyyətdə deyil. Fotolardan da görəcəyiniz kimi məktəbin binası təmirsizdir. Bununla yanaşı binanın pəncərələrinin bəziləri şüşə yerinə polietelinlə örtülüb. Kənd sakinlərinin sözlərinə görə, məktəb binası kənardan tövləni xatırladır.

“Məktəblərin əsaslı təmiri və yeni məktəb binalarının inşası” ilə bağlı dövlət proqramına əsasən ölkənin bir çox yerlərində məktəblər əsaslı təmir olunub. Ancaq Soru kənd tam orta məktəbi bu proqramdan öz nəsibini almayıb.

Kənd sakinləri istəyi məktəblərinin əsaslı təmir edilməsidir.

Related Articles

050-295-94-79
top