MƏRYƏM ÜZƏRLİ TANINMAZ HALDA: “DODAĞI QULAĞINA ÇATIB”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares

“Muhteşem Yüzyıl” serialında canlandırdığı “Hürrem Sultan” xarakteri ilə daha da şöhrətlənən aktrisa Məryəm Üzerli Fransada keçirilən 71-ci Kan film festivalına qatılıb.

Aktrisa festivalda məşhur aktyorlarla bir araya gəlib.

Məryəm Məds Mikkelsn və Adrien Broudi ilə çəkilmiş şəkillərini izləyiciləri ilə bölüşüb.

Fotolarda Üzerlinin dodaqları diqqət çəkib. İzləyicilər aktrisanın dodaqlarına dolğu vurdurduğunu və bunun ona yaraşmadığını qeyd ediblər.

Bəzi izləyicilər hətta şəklin altına “Dodaqları qulaqlarına çatıb” kimi şərhlər yazıblar.

Məryəmin təkcə dodaqlarına deyil, yanaqlarına da dolğu vurdurduğu bildirilir.

/axşam.az

Related Articles

050-295-94-79
top