FEDERASİYA PREZİDENTİ İDMANÇISINA “HEYVAN” DEDİ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

26-28 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə kempo üzrə XV dünya çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, millimiz ordan dörd gümüş və iki bürünc medalla qayıdıb.

Lakin Gənclər və İdman Nazirliyinin maddi xərcləri ilə dünya çempionatına yollanmış millimizin görüşlərinin birində qeyri-etik hadisə baş verib. Belə ki, 80 kq çəki dərəcəsində kişilər arasında kemponun nokdaun versiyası üzrə II yerə çıxmış Rüstəm Müslümov qalib gəldiyi görüşlərdən birində təhqirlə üzləşib.

O, Əlcəzair idmançısı ilə görüşdə federasiyanın prezidenti, eləcə də millinin baş məşqçisi Rauf İbrahimli tərəfindən təhqirlərə məruz qalıb. İbrahimli yetirməsinə bir neçə dəfə “heyvan” deyə müraciət edib.

Qeyd edək ki, bu video sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin giziri olan Rüstəm Müslümovun qardaşı Nicat tərəfindən yayılıb və haqlı şəkildə insanların sərt reaksiyası ilə üzləşib.

Related Articles

050-295-94-79
top