“RASİM BALAYEV DÜZ DEYİR, EFİRƏ ÇAĞIRILANLAR…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Əvvəl efirlərə baxmırdım, deyirdim xoşuma gəlmir. Amma indi baxıram, bunu istəyirəm. Bu yaxınlarda küçədə sorğu keçirdik: Azərbaycan bayrağının rənglərinin mənası. Cavabların 98 faizi səhv idi. Buna görə də verilişlərdə vətənpərvərlik mövzusuna geniş yer verilməlidir”.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Nailə İslamzadə “Zaurla Günaydın” proqramında deyib. Aparıcı efirlərdən, son günlər baş verənlərdən danışıb.

N.İslamzadə xalq artisti Rasim Balayevin telekanallar haqda dediyi “Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar” sözlərinə münasibət bildirib:

“Efirə müxtəlif adamlar çıxa bilər. Baxırsan ki, bir nəfər bu kanalda da, o kanalda vda ar. Efirə çağrılanlar eyni əxlaqa sahib ola bilməz. Qonağa yanaşma fərqli olmalıdır. Rasim Balayevin dediyində məna var. Onun sözlərini dəstəkləyirəm. Elə verilişlər var ki, ora ekspert çağırırlar. Ekspert qismində dəvət edilənin nəsə deməyə haqqı olmalıdır. Alim alimliyini, həkim həkimliyini etsin. Yaxşı aparıcılar da var”.

Aparıcı Zaur Baxşəliyev “Bəzi aparıcılar nəsə edir, hamımız onun güdazına gedirik. Yazırlar, “Azərbaycan aparıcıları bunu etdi, yaman gündədilər”. Mənim də şəklimi vururlar. Kim edib, onun şəklini qoyun” sözlərini deyib.

N.İslamzadə isə ona “Gözəl jurnalistlərimiz, aparıcılarımız var. Niyə yazılanları mənə aid etmirlər?” cavabını verib.

Related Articles

050-295-94-79
top