“ÖMRÜMDƏ BELƏ NAZİR GÖRMƏMİŞDİM” – FERMER NAZİRİMİZLƏ GÖRÜŞÜNDƏN DANIŞDI – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 84
    Shares

“Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim. İnsan nə qədər sadə,nə qədər mədəni və geniş diapozonlu olar.”

Bu sözləri Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov deyib. Fermer bildirib ki, yeni Kənd Təsərrüfatı naziri İnam Kərimov onun təsərrüfatına baş çəkib və vəziyyətlə tanış olub. Nazirin İ. Məmmədova dediyi sözlər onda xoş təəssürat yaradıb: “Mənə ürək-dirək verdi ki, heç nədən çəkinmə mal- qara və qoyun-quzunu artırın. Cənab nazirimiz İnam Kərimov fermərlərə hər cür dəstək olacağını da bildirdi. Quzunu qucağına alaraq nazirdən quzu iyi gələr dedi. Bizə baş üstə deməkdən savayı, başqa söz qalmadı”

Xatırladaq ki, İ Məmmədov bir müddət əvvəl sosial şəbəkələrdə kənd təsərrüfatında mövcud olan problemləri dilə gətirməklə gündəmə gəlmişdi.(Unikal.org)

Related Articles

050-295-94-79
top