ÖLƏN QOHUMLARIMIZ NİYƏ YUXUMUZA GƏLİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 26
    Shares

Bəzən yuxuda dünyasını dəyişən doğmalarımızı görürük.

AYDINLIQ.AZ ölkə.az-a istinadən xəbər verir ki, bir çox hallarda dünyasını dəyişən doğmalarımızı yuxuda görmək qorxuya səbəb olur. Bir çoxları yasin oxutdurur, qəbir ziyarəti edir.

Bir çox yuxu yozanlar bildirir ki, ölən insanı yuxuda görmək xeyrə əlamət deyil. Onlar əsasən xəbərdarlıq kimi yuxuya girirlər. Əgər gördüyün yuxunu düzgün analiz etsən, bir çox cavabı taparsan və bir sıra problemləri həll edərsən. Bununla bağlı tanınmış kahinlərin açıqlaması da var.

Millerin açıqlaması

Əgər dünyasını dəyişən qohum yuxunuza giribsə, diqqətli olun, bu, bir xəbərdarlıq ola bilər. Yuxuda atanızı görmüsünüz? Dİqqətlə düşünün, yeni işdə hansı problemlər ola bilər? Mənfi və müsbətlərini tərəziyə qoyun. Düşünün. Qərar verin.

Yuxuda dünyasını dəyişən ana ilə söhbət sağlamlıq probleminə işarədir. Xəstəliyin üzə çıxmasını gözləməyin, həkimə müraciət edin, analizlər verin.
Ölmüş qardaşı görmək yaxın adama kömək mənasına gəlir. Əgər doğmalardan kiminsə köməyə ehtiyacı varsa, kömək edin. Əgər dost və rəfiqəniz sizə yuxuda məsləhət verməyə çalışırsa, dinləyin. Bəlkə də bu məsləhət sizə kömək edəcək. Ölən qohumun yuxuda dirilməyini görmək ətrafdakı insanların sizə mənfi təsiri mənasına gəlir. Ətrafdakılara diqqətlə baxın. Kimsə sizi pullu işə soxmağa çalışırsa, uzaq durun.
Əgər ölən qohumunuz tabutda dirilibsə, çətin vəziyyətdə dostların köməyinə inanmayın. Bu, olmayacaq.

Vanqanın açıqlamaları

Əgər ölən qohumunuzu yuxuda görmüsünüzsə, tezliklə real həyatda ədalətsizliklə üzləşəcəksiniz. Əgər ölülərin sayı çoxdursa, ailə və ya yaxın tanışlar xəstələnəcək və ya ciddi qəzaya düşəcəklər.

Yuxuda ölən doğmanı qucaqlamaq dəyişikliyə işarədir. Dəyişiklik mənfi və ya müsbət ola bilər. Amma mütəəssir olmayın, çətinliklər hər zaman geridə qalır.

Yuxuda ölmüş qohumunuzun öldüyünü görsəniz, ən yaxın dostların xəyanəti ilə üzləşəcəyinizə işarədir. Etibar etdiyiniz adamlar uzun müddətdir ki, arxanızda sizin əleyhinizə iş aparırlar.

Nostradamusun açıqlaması

Yuxuda ölən qohumu öpmək qorxunu itirməkdir. Sizi uzun müddət üzən qorxu, təhlükə və şübhələrə qalib gələcəksiniz. Əgər çoxdan dünyasını dəyişən qohumunuz yuxunuza giribsə və sizi arxasıyca çağırırsa, getməyin. Əgər getsəniz, real həyatda ciddi xəstəlik və ya dərin depressiya ilə üzləşə bilərsiniz.
Əgər dünyasını dəyişən qohumunuzu yuxuda sağ görmüsünüzsə, deməli o dünyada rahatçılığı yoxdur. Ölən qohumların ruhlarının rahatlığı üçün məscidə gedin, yasin oxutdurun, halva çalıb paylatdırın.

Ölən adamın yuxuda səsini eşitmək real həyatda xəstəliyə işarədir.

Freydin açıqlaması

Yuxuda ölən qohumları görmək uzun və fərəhli həyat mənasına gəlir. Bu həyat bir çox hadisə ilə dolu olacaq. Freyd eyni zamanda yuxuda ölən qohumların nə deyəcəyinə diqqətlə qulaq asmağı məsləhət görür. Onların sözlərinin böyük mənası var. Ölən qohumların dedikləri bir çox hallarda reallığa çevrilir.

Xassenin açıqlaması

Əgər ölən qohumlar yuxunuza müntəzəm olaraq girirsə, bu, təhlükə barədə xəbərdarlıqdır. Əgər yuxuda ölən qohumdan hədiyyə alıb və ya ona hədiyyə vermisinizsə, bu, enerjinizi itirəcəyiniz mənasına gəlir. Çalışın yuxuda da olsa, ölən şəxsin əşyalarına toxunmayasınız.

Başqa açıqlamalar

Əgər yuxuda ölən nənənizi görmüsünüzsə, halva çaldırın və ciddi problemlərin həllində iştirak edin. Yuxuda nənənizin sizə nə dediyini xatırlamağa çalışın. Əgər xatırladınızsa, dediklərinə ciddi yanaşın. Bu sözlər problemlərin həllində sizə kömək edə bilər. Xoşbəxt və şad nənə işlərin yaxşı olacağına işarədir.
Yuxuda gördüyünüz qohum ağlayırsa, sizi münaqişələr barədə xəbərdar edir. Tezliklə doğmalarınızla münaqişə baş verə bilər.
Əgər yuxuda ölən qohum sizə pul verirsə, real həyatda qənaətcil olmağa çalışın.

Əgər yuxuda ölən qohumla söhbət edirsinizsə, bu, real həyatda kiminsə sizi axtardığına işarədir.
Məşhur ingilis rəssamı Li Hadvin əsərlərini yuxuda çəkir. O, bildirir ki, insan informasiyanı digər dünyalardan və sivilizasiyalardan alır. Bəzi astroloq, alim və tədqiqatçılar da bu fikri dəstəkləyir.

Related Articles

050-295-94-79
top