DTX MTN-İN KEÇMİŞ ŞÖBƏ RƏİSİNİ ARAŞDIRMALIDIR – EKSPERTLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Sosial şəbəkədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanı qorxaq adlandırması ilə bağlı yalan fikirlər yayan İlham İsmayıl Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş polkovnikidir. Onun belə bir saxta xəbər yayması ictimaiyyətdə müəyyən suallar doğurub.

AYDINLIQ.AZ axar.az-a istinadən xəbər verir ki, İlham İsmayıl KQB-nin polkovniki olaraq provokasiya, şayiə ilə insanları nəyəsə təşviq etmə və ictimai narazılıq yaratma kimi texnologiyaları mənimsəmiş şəxsdir. O, statusunun doğuracağı effekti hesablamaya bilməzdi və hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən bilməli idi.

Üstəlik, Musavat.com-a verdiyi açıqlamasında bu statusu əsəbindən yazdığını bildirsə də, İ.İsmayıl “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” cümləsini dırnaq işarəsi içərində, vasitəsiz nitq kimi yazaraq, “Paşinyan belə deyib” qeydini verməklə tam şəkildə nə etdiyinin fərqində olub. Çünki onun keçdiyi məktəbdə bu xüsusiyyətlər tədris edilir.

Maraqlıdır, keçmiş KQB polkovnikinin öz ictimai statusundan istifadə edərək, belə bir ajiotaj yaratması hansı məsuliyyət doğurur?

Məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünaslar bildiriblər ki, sivil toplumlarda rəsmi qurumlar adətən bu məlumatları dərhal təkzib etməklə kifayətlənirlər. Ancaq bu kontekstdə XİN zərərçəkmiş kimi DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti) müraciət etməli və ya DTX özü araşdırma aparmalıdır:

“Burda əsas məsələ “feyk”i yayan və ictimai narazılıq yaradan şəxsin kimliyidir. Yəni sıradan bir sosial şəbəkə istifadəsi bu yalanı yaymaqla onun fəsadlarını hesablamaya bilərdi. Ancaq keçmiş KQB polkovniki nəticəni hesablamalı idi və öz ictimai statusuna görə o xəbərin mötəbərliyinə kütləvi inamın yaranacağını bilirdi. DTX keçmiş xəfiyyənin bəlli texnologiyadan dövlətə, XİN-ə, Müdafiə Nazirliyinə qarşı istifadə etdiyinə görə ciddi şəkildə araşdırma aparmalıdır. Çünki burda hansısa düşünülmüş plan və bəlli dairələrə xidmət versiyası gündəmə gəlir. Yalnız DTX öz araşdırmasından sonra müfaviq qərar qəbul edə bilər”.

Hüquqşünaslar bildiriblər ki, beynəlxalq təcrübədə belə şəxslər, ümumiyyətlə, ictimai-siyasi sferadan tamamilə təcrid edilir:

“Yəni Avropada güvənilən mötəbər şəxsin bu cür provokativ informasiya yaydığı üzə çıxdığı an özünə hörmət edən media qurumları həmin adamla bütün əlaqələri kəsir və o, ictimaiyyətdən təcrid olunur. Bu, bir tərəfdən media qurumunun öz nüfuzunu, digər tərəfdən isə ictimaiyyəti yanlış nəticələrə gətirib çıxaracaq risklərdən qorumaq istəyindən irəli gəlir”.

Related Articles

050-295-94-79
top