AZƏRBAYCANDA AZYAŞLILARIN TOYU OLDU: BƏYİN 12, GƏLİNİN İSƏ 14 YAŞI VAR + FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.
Mia.Az unikal.org-a istinadən xəbər verir ki, sosial şəbələlərdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:
“Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.

Related Articles

050-295-94-79
top