PREZİDENTDƏN MƏLEYKƏ ƏSƏDOVA İLƏ BAĞLI SƏRƏNCAM

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, siyahıda xalq artisti Məleykə Əsədova da yer alıb.

Aktrisa təəssüratlarını BiG.AZ-la bölüşüb. O, cənab Prezidentə təşəkkürünü bildirib:

“Çox sevincliyəm. Allahdan cənab Prezidentimizə uzun ömür can sağlığı arzu edirəm. Əməyimizi dəyərləndirdiyinə görə ona dərin minnətdarlığımı bildirirəm”.

Related Articles

050-295-94-79
top