“MƏNİ QINAYIRLAR Kİ, NİYƏ MƏLEYKƏDƏN ÜZR İSTƏDİN” – RAMİZ MƏLİK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Xalq artisti Məleykə Əsədova ilə həmkarı Ramiz Məlikin növbəti məhkəməsi mayın 14-də baş tutacaq.

AYDINLIQ.AZ xəbər verir ki, bu barədə AzVision.az-a Xalq artisti Ramiz Məlik özü məlumat verib.

Aktyor bildirib ki, növbəti məhkəməyə qədər barışıq gözlənilmir. “Ötən dəfə Məleykə Əsədovanın mənə qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası oldu. Hakimlər bildirdilər ki, Məleykə Əsədova da məhkəmədə iştirak edib, iddialarını əsaslandırmalıdır. Mən məhkəməyə gedirəm, o isə heç vaxt gəlmir. Onu vəkili təmsil edir. Mən barışıq üçün məhkəmədə təkliflərimi verdim. Bildirdim ki, Məleykə Apellyasiya Məhkəməsinin həyətindəki barışıq skamyasında otursun. Mən bir ağsaqqal kimi yol göstərdim. Qəbul edirsə etsin, etmirsə özü bilər. Məni güllələməyəcəklər ki?!”.

Xalq artisti həmkarı ilə məhkəmə çəkişməsini barışıq yolu ilə həll etmək istədiyini deyib. O, M.Əsədovadan üzr istədiyini gizlətməyib: “Hakim məhkəmədə dedi ki, biz görürük siz bu məsələni sülh yolu ilə həll etmək istəyirsiniz. Həmişə barışığa getmisiniz. Ancaq qarşı tərəf isə dediyindən dönmür. Özü bilər. Mən təklifi etmişəm, bildirmişəm ki, anlaşılmazlıq olub. Üzr də istəmişəm. İctimaiyyət məni qınadı ki, sən ağsaqqal adamsan, niyə üzr istəyirsən. Mən ona pis söz deməmişəm. Əxlaqa dəvət etmişəm. Demişəm çiynində xalq sözü olan fəxri ad var. Ona hörmət et. Hökümə Qurbanova, Leyla Bədirbəyli, Fatma Qədiri, Barat Şəkinskaya, Amalya Pənhova heç vaxt deməyiblər ki, mən gözələm və ya istedadlıyam. Onları peşəkar edən də bu kefiyyətləri olub. Onlar kimi təvazükar, adına layiq olmağa çağırmışam”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

Related Articles

050-295-94-79
top