TÜNZALƏ AĞAYEVA NURA SURİNİN “DEPUTAT OLMAQ İSTƏYİR” FİKRİNƏ CAVAB VERDİ-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 16
    Shares


Şou-biznesdə növbəti qalmaqalın əsası qoyulub.

Musavat.com xəbər verir ki, əməkdar artist Tünzalənin Nura Suri haqqında dedikləri ifaçını özündən çıxardıb. Belə ki, Tünzalə Nuranın bir neçə həftə öncə “ATV maqazin onlarla” proqramında onun ünvanına dediyi “Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olmaq istəyir” fikrinə elə həmin proqramda münasibət bildirib: “Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.

Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən xəbər verir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.

Müğənni Nura Suri isə 2011-ci ildə doğum günündən video-görüntü paylaşıb və Tünzalənin ona tərif deməsini göstərib:“Bu videonun sonunda Tünzalə Ağayevanın haqqımda dediyi sözlərlə dünən verdiyi müsahibə arasındakı fərqə baxın. İnsan dünən dediklərini bu gün danır və nə dediyini özü də anlamır.

Ümumiyyətlə, öz həyatında problem yaşayan insanlar başqalarının həyatını müzakirə etməyi sevir.

Mənim kimi həmkarı ilə qürur duyan biri bu gün öz dediklərinin əksini deyir. Özündə komplekslər çoxdur deyə, hamını özü kimi görür. Artıq danışsa, cavabını elə layiq olduğu kimi də alacaq. Məncə, susmağı daha yaxşı olardı”.

O, daha sonra Tünzalənin eks-həyat yoldaşı Rəhmanın onun haqqında dediklərini paylaşıb: 

“Tünzalə bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini “Youtube” və “Google”dan sildirib. Yəqin, öz yaddaşından da silinib.

Mən pul verib Qran-Pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “Çox sağ ol”.

Related Articles

050-295-94-79
top