“MOSKVA MERİNİN ADAMIYAM, DAMLAYA QADAĞA QOYDURMUŞAM” – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Müğənni Damla bir müddət əvvəl açıqlamasında bildirib ki, həmkarlarından biri ona Moskva toylarında qadağa qoydurub.

AYDINLIQ.AZ axşam.az-a istinadən xəbər verir ki, “5/5” verilişinin qonağı olan Rəqsanəyə aparıcı Zaur Kamal bununla bağlı sual ünvanlayıb.

İfaçı “Damla deyir ki, Rəqsanə mənə Moskva toylarında qadağa qoydurub” sözlərinə belə cavab verib:

“Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam”.

Müğənnin qızı Aysun isə aranı sakitləşdirmək üçün anasının zarafat etdiyini söyləyib. Rəqsanənin həmin an çəkilən videosu sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, bundan əvvəl müğənni Xatun da Rəqsanənin ona Moskva toylarında qadağa qoydurduğunu söyləmişdi.

Related Articles

050-295-94-79
top