“DEDİ Kİ, SƏN PİS GÜNLƏRƏ QALACAQSAN…” – NAMİQ QARAÇUXURLU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares
“Elə bilirəm ki, yarımçığam”
ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan tanınmış ifaçı Namiq Qaraçuxurlu maraqlı açıqlalamalar verib.
Ayağındakı problem və ağrılar Namiq Qaraçuxurluya hələ də müəyyən çətinliklər yaratdığı üçün ifaçı, özünü səhnədə belə yarımçıq hiss etdiyi dilə gətirdi:
“Könlüm tam olaraq açılmır. Bu da fiziki əziyyət çəkdiyimə görədir. Rahaqlıqla deyib gülə bilmirəm. Mən hazırda səhnədə özümü tam hiss etmirəm. Elə bilirəm ki, yarımçığam. Ayağım bu cür olduğu üçün istədiyim addımı ata bilmirəm”.
Namiq onun haqda irəli-geri fikirlər söyləyənlər barədə də söz açdı:
“Ağrılarımı, əziyyət çəkdiyimi bacardığım qədər efirdə bildirmək istəmirəm. Çünki sevənlərimi çox üzdüm. Mən əməliyyatdan çıxıb bir video çəkdim və instaqramda paylaşdım. Vəziyyətimin yaxşı olduğunu həmin video ilə söylədim. Üstündən bir gün keçdi. Bəzi yazıları oxudum və mənə pis təsir etdi. Yazdılar ki, nolub ey, Allah bilir ayağı burxulub. Halbuki ayağımın vəziyyətini mən bilirdim də. Söylədilər ki, ayağı burxulub, bunu da şişirdirlər, şou yaradırlar. Belə şeyləri gördüm, pis oldum. Özümü tənzimləyə bilmədim. Əməliyyatdan sonrakı şəkilləri çəkdim və məcburən bəzi insanlara görə sosial şəbəkəyə yerləşdirdim. Düşünürəm ki, yenə yanlış etdim. Qara qüvvələrə görə sevənlərimi üzmək doğru bir addım deyildi”.
Müğənni düşdüyü vəziyyətə sevinənlərin də az olmadığını bildirdi:
“Oldu, əlbəttə. Çox sevinənlər oldu. İnsanın pis vəziyyətinə sevinmək dəhşətli bir şeydir. Bu, insanlığın son həddidir. Mən sevinirəm ki, elə insanlar məni sevmirlər. Bəd-nəzər və cadu var. Heç nədən belə bir hadisə ortaya çıxdı. Hadisə də olmayıb. Ayağımı səkiyə qoydum. Sürüşdüm, oturdum ayağımın üstünə. Nə baş verdiyini anlamadım. Baxdım, elə bildim, yuxudayam. Ayağım tərsinə çevrilmişdi. Bədnəzər, cadu var. Evdən çox cadu tapmışam. Bəlkə də, indi də var. Axtarmıram. Təsadüfən çıxıb. Maşınımdan qıfıllar çıxıb. Cadunu edən insanlar həyatdan nə istədiklərini bilmirlər”.
Müğənninin danışığından belə məlum olur ki, hətta açıq-aşkar şəkildə onu tanıyanlardan biri Namiqə cadu eliyib, ona əngəl törədəcəyini söyləyibmiş:
“Bir neçə insan var ki, onların hansı falçının yanına getdiyini də bilirəm. Hətta Rusiyada magiya ilə məşğul olan insanların yanına da gedirlər. Hansı ki, dişlərini qıcayıblar ki, biz onu məhv etməliyik. Şəxsən tanıyıram. Biri mənim üzümə də deyib ki, sən pis günlərə qalacaqsan. Ola bilər ki, mən sürüşdüm yıxıldım. Ancaq bu hadisə mənə xeyir gətirdi. İşlərim çoxaldı, tələbat çoxaldı. Çox şeyləri dərk etdim. Başa düşdüm ki, insan o qədər də böyük varlıq deyil. Anladım ki, bir ayın içində kasıb bir vəziyyətə düşə bilərəm. Mənim adıma nələr çıxardız. Ancaq yenə də sevənlərimin qəlbinə təsir edə bilmədiz”.
Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Related Articles

050-295-94-79
top