ATV RƏHBƏRLİYİNDƏN LALƏ AZƏTAŞIN KOBUD SƏHVİNƏ REAKSİYA – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares


Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də…” sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.

Yenicag.az -a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:

“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.

ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:

“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o,  “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.

Related Articles

050-295-94-79
top