RÖVŞANƏNİN VERİLİŞİNDƏ DAVA DÜŞDÜ-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 44
    Shares
ARB kanalında yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.

“Ölkə.Az” xəbər verir ki, verilişin qonaqları olan yazıçı-kultroloq Aydın Xan ilə falçı Bayram arasında mübahisə yaranıb. Aydın xanın haqlı iradına etiraz edən falçı “Səni bir zənglə götüzdürərəm” deyib.

Aparıcı tərəfləri sakitləşdirmək istəsə də, falçı studiyadan çıxaraq mobil telefon vasitəsilə zəng etməyə çalışıb. Amma kanalın işçiləri onu sakitləşdirərək studiyaya qaytarıblar.

Mübahisə bundan sonra daha da qızışıb. Aydın xan Bayramı “gədə” adlandırıb. Bundan sonra onların arasındakı mübahisə daha da şiddətlənib, falçı Bayram “gədə” sözünə görə yazıçını məhkəməyə verib 100 min manat təzminat istəyəcəyini bildirib. Rövşanə isə “Onda yüz min manat haradandır” deyib.

 

Related Articles

050-295-94-79
top