ÖLÜM XƏBƏRİ YAYILAN XALQ ARTİSTİ POLİSƏ MÜRACİƏT EDƏCƏK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 35
    Shares

Hazırda müalicə olunuram və özümü yaxşı hiss edirəm.

AYDINLIQ.AZ xəbər verir ki, bunu report-a açıqlamasında xeyli müddətdir səhhətində problemlər olan xalq artisti Könül Xasıyeva deyib. O, səhhəti ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından narazılığını bildirib: “Artıq iki dəfə ölüm xəbərim yayılıb. İki dəfə keçdim, görməzdən gəldim. Amma bir daha belə olmayacaq. Əgər haqqımda bir daha əsassız xəbər yayılarsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəm. Qanunlarla idarə olunan dövlətdə yaşayırıq. Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm”.

Xalq artistinin sözlərinə görə, hazırda özünün və oğlu Kazımın müalicəsi davam edir: “Hər şey qaydasındadır”.

Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.

Related Articles

050-295-94-79
top